"Yerli qolkiperlərin bu mövsümkü durumu qənaətbəxş deyil. Onlar çox da parlaq oyun göstərmirlər, stabillikləri yoxdur. Mən daha çox gələcək üçün gənc qolkiperlərimizə güvənərdim. Nicat Mehbalıyev, Rza Cəfərovın çıxışını qeyd edərdim".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçinin sabiq qapıçı məşqçisi Etibar Tarverdiyev deyib.
Azərbaycanın U-16 yığmasında da çalışan təcrübəli mütəxəssis azərbaycanlı qapıçıların durumu haqda fikirlərini bildirib. O, "Sabah"ın üç qapıçısı Yusif İmanov, Nicat Mehbalıyev və Rüstəm Samiqullin barədə bunları deyib:
"Gənc qapıçılar çox, düzgün və məqsədyönlü şəkildə işləsələr, onlar da özünü millidə yaxşı tərəfdən göstərib, millinin qapıçısı ola bilərlər. "Sabah"ın hər üç qolkiperi gəncdir. Onlarla məqsədyönlü işləsələr, yerli qapıçılar inkişaf etsə, "Sabah"ın heç legioner qolkiperə ehtiyacı da yoxdur. Üstünlüyü elə öz qapıçılarımıza vermək lazımdır ki, gələcəkdə milli üçün də qolkiperlər yetişsin, bu sarıdan problemimiz olmasın. Bilirsiz, gələcəkdə milli üçün seçim çox olmalıdır, daha 1-2 qolkiper arasından deyil. Bu, Azərbaycan millisinin məşqçilərinə inam verəcək ki, seçim çoxdur. Milli üçün seçim az olanda, qolkiperin performansı yaxşı olmasa belə, məcburiyyətdən dəvət edirsən. Ümid edək ki, milli üçün qapıçı seçimi çox olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi