Argentina millisinin kapitanı Lionel Messinin formasını geyindiyi “İnter Mayami” Rusiyada çıxış edən futbolçu ilə maraqlanır.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Orenburq”un futbolçusu Qabriel Florentin ABŞ klubu ilə danışıqlara başlayıb.
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino "Orenburq"un futbolçusu ilə şəxsən maraqlanır.
Yaxın vaxtlarda amerikalılar Rusiya klubuna transfer təklifi edəcək.
24 yaşlı yarımmüdafiəçi 2022-ci ildə “Argentinos Xuniors”dan Rusiya klubuna keçib.