“Mançester Yunayted"in səhmləri satılıb.
Sportal.az xəbər verir ki, kimya nəhəngi kimi tanınan “İneos”un sahibi Cim Retkliff “Mançester Yunayted”in səhmələrinin 25 faizinə sahib çıxıb.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Britaniyanın “Trawlers Limited” şirkəti B sinifli səhmlərin 25%-ni alıb və həmçinin A sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb.
Əməliyyat məbləği 1,2 milyard funt-sterlinq (1,52 milyard dollar) olub. Milyarder həmçinin “Old Trafford” stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq ki, bunun da 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları isə 2024-cü ilin sonuna kimi ödəniləcək.
“Ineos”a "Mançester Yunayted"in futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək. Bundan əvvəl “qırmızı şeytanlar” yalnız 2005-ci ildə “Mançester Yunayted”i 1,34 milyard dollara satın almış Coel və Avram Qleyzerə məxsus idi. Mançester təmsilçisi 18 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi