21 yaşlılardan ibarət yığma komandamızın və “Luqo”nun qapıçısı Eldar Tağızadə İspaniyaya yollanacaq. Bir neçə gündür ki, vətəndə olan qolkiper komandanın çempionatın ikinci yarısının hazırlıqları üçün adıçəkilən ölkəyə uçacaq.
Sportal.az saytına verilən məlumata görə, Tağızadə sabah İspaniyanın yolunu tutacaq. “Luqo”nun məşqlərinə isə dekabrın 27-də start veriləcək. O, yayda “Klermon”dan ayrılaraq “Luqo”ya keçib və bu klubla üç illik müqavilə imzalayıb. Komandasının heyətində yoxlama görüşlərində oynamış azərbaycanlı qapıçı məşqlərini də davamlı şəkildə burada yerinə yetirib.
Lakin sənəd məsələlərinə görə, Tağızadəni “Luqo” onu çempionatın ilk yarısında sifariş edə bilməyib. Artıq bütün məsələlər qaydasına düşüb və o, “Luqo”nun B komandasında oyunlara çıxa biləcək. Qolkiper məşqlərini isə əsas komandada yerinə yetirir.
Qeyd edək ki, “Luqo”nun baş məşqçisi İspaniya millisinin və “Real”ın keçmiş futbolçusu Pedro Munitisdir.
Mirbağırağa
saytlarin hazirlanmasi