Səudiyyə Ərəbistanı Pro Liqasında legioner limitinin tətbiq olunmayacağı gözlənilir.
Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, ərəblər ilk növbədə yeni mövsüm üçün limiti 10 əcnəbi oyunçuya qədər artırmağı planlaşdırır.
Mənbənin sözlərinə görə, limitin azaldılması turnirin brendini yüksəldəcək və Səudiyyə Ərəbistanı çempionatına qlobal bazarda daha böyük güc verəcək.
Hazırda bu liqada bir komanda üçün eyni anda 8 əcnəbinin meydanda olmasına icazə verilir. Yay “transfer pəncərəsi”ndə Səudiyyə Ərəbistanı Pro Liqasının klubları transferlərə ümumilikdə 1 milyard avro xərcləyib.
Yayda bu ölkəyə köçən futbolçular arasında Riyad Mahrez, Malkolm, Neymar, Eduard Mendi, Fabinyo, Sadio Mane, Aymerik Laport, Marselo Brozoviç, Aleks Telles, Yannik Karrasko, Aleksandr Mitroviç, Kalidu Kulibali, Ruben Neves, Cordan Henderson və Jorjinyo Viynaldum olub.
saytlarin hazirlanmasi