"Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu düşünmürəm"

12:49 - 25 Dekabr 2023

“Lokomotiv”in (Moskva) sabiq prezidenti Nikolay Naumov Miodraq Bojoviçin “Neftçi”yə baş məşqçi təyin olunmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, 70 yaşlı futbol funksioneri monteneqrolu mütəxəssisin Azərbaycan Premyer Liqasında uğurlu olub-olmayacağı haqda danışıb: 

"Bojoviçin karyerasını davam etdirməsi üçün pis təklif deyildi. “Neftçi” məşhur klubdur. Hesab edirəm ki, Azərbaycanın ən güclüsüdür. Yadımdadır, bir neçə dəfə bizim komandalarla oynamışdılar. Ona görə də mənə elə gəlir ki, bu, Bojoviç üçün yaxşı variantdır. Onun təyinatının “Neftçi” üçün yaxşı olub-olmamasına gəlincə, onun işi ilə bağlı o qədər də məlumatlı deyiləm. Adətən, bir-iki ildən sonra onun komandada işləri qaydasına düşür. Bojoviçin bütün komandaları bu cür çıxış edirdi. Azərbaycanda Bojoviçdən güclü məşqçi olduğunu düşünmürəm. Görək də, necə olacaq. Onun orada komanda quracağını birmənalı demək mümkün deyil”.

Xəbər xətti