“Tottenhem” “Çelsi”nin yetirməsi, hazırda "Bornmut"un hücumçusu Dominik Solankeni transfer etmək istəyir.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London klubunun prioritet transfer hədəfi hücumçu Harri Keynə layiqli əvəzləyici tapmaqdır. London klubunun skautları Solankenin performansını diqqətlə izləyirlər.
“Tottenhem” yanvarda 26 yaşlı futbolçunu almaq üçün “Bornmut”a təklif göndərməyə hazırdır. Bu mövsüm Solanke "Bornmut"un heyətində bütün yarışlarda 18 oyun keçirib, 13 qol və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur. İngiltərə millisində cəmi 1 oyun keçirmiş forvard “Çelsi”, “Vitesse”, “Liverpul”da da oynayıb.
saytlarin hazirlanmasi