“Mançester Siti”nin hücumçusu Xulian Alvarez yaxın vaxtlarda "Real" və ya "Barselona" üçün komandasını tərk etmək haqda düşünmədiyini bildirib.
Sportal.az xəbər verir ki, “All About Argentina”ya açıqlama verən Argentina millisinin hücumçusu özünü Mançesterdə xoşbəxt hiss etdiyini söyləyib:
“Real” və ya “Barselona”ya keçmək haqda düşünmürəm. Çünki "Mançester Siti"də xoşbəxtəm. Mən bir ildən artıqdır ki, klubdayam və əldə etdiklərimizdən çox razıyam. Lap əvvəldən mənə çox kömək etdilər. Futbolçu və insan kimi çox böyüdüm. Buna görə də burada xoşbəxtəm. Təbii ki, arzularımı davam etdirmək və daha çox titul qazanmaq istəyirəm. İndi bizim məqsədimiz yarışmaq və yenidən bütün mümkün kubokları qazanmağa çalışmaqdır. Ayrılıaq barədə düşünmürəm".
23 yaşlı hücumçunun Mançester klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi