"Sabah" klubundakı oyunu ilə adından söz etdirən Coy-Lens Mikels yenidən Premyer Liqada oynaya bilər. Hal-hazırda Səudiyyə Ərəbistanının "Əl-Feysəli" klubunda çıxış edən futbolçunun oradan ayrılmaq ehtimalı yaranıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, Mikelslə yaxından maraqlanan klub "Neftçi"dir. Paytaxt klubu almaniyalı futbolçunu transfer etmək qərarına gəlsə, bu keçid üçün "Əl-Feysəli"yə kompensasiya ödəməli olacaq.
Qeyd edək ki, Mikels Səudiyyə Ərəbistanına yollanana qədər "Sabah"ın heyətində 69 oyun keçirib, 33 qol vurmuşdu.
saytlarin hazirlanmasi