"Mutunun gedişi haqda nə demək olar? "Neftçi"nin onunla yollarını ayırması ən doğru addım idi. Çünki nəticə də, oyun da ortada idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski deyib.
"Ağ-qaralar"ın aparıcı oyunçularından olmuş şimali makedoniyalı Miodraq Bojoviç haqda da danışıb. Slavko monteneqrolu mütəxəssis haqda müsbət fikirdədir:
"Bojoviç təcrübəli məşqçidir. "Srvena Zvezda"da işləyib, komandanı çempion edib. Rusiyada da pis işləməyib. Məncə, Bojoviç Mutudan daha yaxşı olacaq. Onunla müqayisədə, "Neftçi"yə xeyir verəcək. Qarşıdan qış toplanışı gəlir. Komandanı necə toplayacaq, kimlər gələcək, kimlər gedəcək, hamısını zamanla görəcəyik. Fikrimcə, bu çempionat artıq "Neftçi" üçün başa çatıb. "Qarabağ"ın böyük üstünlüyü var. İndidən yeni mövsümün komandasını qurmaq lazımdır. "Neftçi" yeni mövsümə də uğursuz başlasa, bu artıq biabırçılıq olacaq. Bojoviç 2024/2025 mövsümünün komandası qurmalıdır".
Qeyd edək ki, "Neftçi" Bojoviçlə 5 ay +1 illik müqavilə imzalayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi