"Qarabağ"ın futbolçusu "Braqa"ya qarşı oynayacaq?

14:18 - 26 Dekabr 2023

Dekabrın 12-də Finlandiyada əməliyyat olunan "Qarabağ"ın müdafiəçisi Kevin Medinanın reabilitasiyası davam edir.

Sportal.az saytına verilən məlumata görə, kolumbiyalı yanvarın 5-də Ağdam klubunun düşərgəsinə komandaya qayıdacaq və orada fizioterapevtin rəhbərliyi altında çalışacaq. 

"Qarabağ" 30 yaşlı futbolçunu fevralın 15-də keçiriləcək Avropa Liqasının pley-off mərhələsininin “Braqa” ilə görüşünə hazırlamaq üçün səfərbər olub. Ölkə çempionunun məşqçilər korpusu da Medinanın həmin oyuna çatmasını istəyir. Amma Kevinin bu matçlarda meydana çıxıb-çıxmayacağı həmin ərəfədə bəlli olacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov stadionunda baş tutacaq.

Xəbər xətti