"Mançester Yunayted"in heyətində Çempionlar Liqasının qalibi olmuş Peter Şmeyxel klubun hazırkı vəziyyəti ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, "Football Talk"a danışan danimarkalı “qırmızı şeytanlar”ın uğursuzluğu barədə bunları deyib:
"Komandanın hazırkı durumu heç də yaxşı deyil. Bunun bir çox səbəbləri var. Məncə, “Mançester Yunayted”in heyətində bu klubda oynamağa layiq olmayan futbolçular yer alıb".
60 yaşlı 1991-1999-cu illərdə “Mançester Yunayted”in qapısını qoruyub. O, bundan əvvəl “Vidovre”, “Brondbü”, “Sportinq”, “Aston Villa” və “Mançester Siti”nin də şərəfini qoruyub.
saytlarin hazirlanmasi