"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç Sportal.az saytına açıqlama verib.
"Hayduk"un da qapısını qorumuş təcrübəli qolkiper Xorvatiya mətbuatında "Dinamo"nun Mahir Emrelini transferə çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onun fikrincə, Zaqreb klubunda rəqabət böyükdür və bu da Emrelinin oynamasına problem yaradır:
"Dinamo" hazırda pis durumdadır. Amma Zaqreb klubu çempion olmaq niyyətindədir. Sadəcə işləri heç də yaxşı getmir və getməyəcək də. Onlar bir neçə yaxşı futbolçu transfer etməyi planlaşdırır. Ona görə də, transferə oyunçu çıxaracaqlar. "Dinamo"ya yeni transferlərin gəlişindən sonra Mahiri böyük rəqabət gözləyəcək".
Milli komandamızın üzvünün “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Mirbağırağa
saytlarin hazirlanmasi