"Fasilə götürmək və hesablaşmaq vaxtıdır"

15:17 - 26 Dekabr 2023

"Sevilya"nın müdafiəçisi Serxio Ramos komandanın 4-cü turdan təxirə salınmış “Atletiko”(0:1) ilə görüşdən sonra 2023-cü ildəki çıxışından danışıb. 

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən təcrübəli futbolçu ilin onlar üçün uğurlu alınmadığını deyib:

"İli belə başa vurmaq istəmirdik. Ancaq sona qədər mübarizə apardıq. İndi fasilə götürmək və hesablaşmaq vaxtıdır. 2024-cü ilə qədər işimizi davam etdirməyi və böyüməyi hədəfləyirik. Biz birlikdə böyüməyə çalışacağıq".

"Sevilya" 16 xalla 15-ci pillədədir. 37 yaşlı Ramos "Sevilya"nın yetirməsidir. 2005-ci ildə komandadan ayrılaraq “Real”a keçən müdafiəçi 2021-ci ildə iki mövsüm PSJ-də oynayıb.

2023-cü ilin yayında müdafiəçi azad agent kimi Əndəlusiya klubu ilə anlaşıb. 

Xəbər xətti