"Sabah"ın qış hazırlıq planı açıqlanıb. 

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Murad Musayevin rəhbərlik etdiyi kollektiv Türkiyədəki toplanış zamanı iki yoxlama görüşü keçirəcək.

"Sabah"ın hansı komandalarla qarşılaşacağı qarşıdakı günlərdə açıqlanacaq.