"Qarabağ"ın qapıçısı: "Birinci yerdə komandanın nəticəsi dayanır, mən işimi görməyə çalışıram"

10:49 - 27 Dekabr 2023

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin nəticələrindən sonra seyvlərə görə ilk 3-lükdə olmasından danışıb.

Sportal.az xəbər verir ki, “Матч ТВ”ə açıqlama verən rusiyalı fərdi yox, komanda nəticələrinin daha önəmli olduğunu deyib:

"Reytinqə, xüsusən də müsbət olanlara daxil edilmək xoşdur. Əladır, amma mənim üçün bu, çox şey ifadə etmir. Birinci yerdə, əlbəttə ki, komandanın nəticəsidir, ön planda budur. Mən sadəcə işimi görməyə çalışıram. Ona görə də burada heç bir super nailiyyət yoxdur".

32 yaşlı qapıçının "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Amma klub onunla müqavilə müddətini bir illik artıra bilər.

Xəbər xətti