Ərəblər Salahı istəyir, "Liverpul" buraxmaq niyyətində deyil

11:18 - 27 Dekabr 2023

“Liverpul” komandanın misirli futbolçusu Mohammed Salahın yayda klubu tərk edərək Səudiyyə Ərəbistanına yollana biləcəyindən narahatdır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi artıq 31 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

İngilislər onun müqavilə müddətinin 2027-ci ilin yayına qədər artırılmasına çalışacaq.

Yeni müqaviləyə əsasən futbolçunun maaşı da artırılacaq. Salahın “Liverpul”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. “Əl-İttihad”ın misirlini transfer etməkdə israrlı olduğu bildirilir.

Xəbər xətti