Azərbaycanda çıxış edən sabiq "Benfika"lı: "Qarabağ" "Braqa" səddini keçə bilər"

11:34 - 27 Dekabr 2023

"Kəpəz"in portuqaliyalı qapıçısı İqor Rodriqes Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Braqa” klublarından danışıb. 

Sportal.az saytına açıqlama verilən 28 yaşlı qolkiper həmin komandalardan hansının növbəti mərhələyə daha şanslı olduğunu da bildirib:

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindən layiqli şəkildə çıxdığını bildirib. Həqiqətən yaxşı komandadır. Onların "Braqa"ya qarşı oyunu heç də asan keçməyəcək. Çünki "Braqa" da Portuqaliyanın ən yaxşı klublarındandır. Bu komandanın avrokuboklarda təcrübəsi çoxdur. Həm Portuqaliyada, həm də Bakıda çox maraqlı görüşlər olacaq. “Qarabağ” "Braqa" səddini keçə bilər. Bu baş verərsə, mənim üçün sensasiya olmayacaq. Hər halda, Azərbaycan klubu da uzun illərdir ki, avrokuboklarda çıxış edir".

28 yaşlı qapıçı Portuqaliyada “Toça”, “Sportinq Kovilya”, “Benfika”, “Eştoril”, “Çaveş”, “Feyrense” klublarının qapısını qoruyub.

Mirbağırağa
 

Xəbər xətti