"Rostov"da onun rəhbərliyi altında oynamışam. Bəli, Rusiya Premyer Liqasında da həmin vaxtı debüt etmişdim. Əlbəttə, həmin anları yaxşı xatırlayıram".
Bu sözləri Sportal.az saytına açıqlamasında Maqomed Kurbanov deyib.
Azərbaycan milli komandasının keçmiş hücumçusu "Neftçi"nin yeni baş məşqçisi Miodraq Bojoviç haqda fikirlərini bildirib. Vaxtı ilə "Rostov"da Bojoviçin rəhbərliyi altında oynamış Kurbanov mütəxəssisin Bakı klubunda uğurlu olub-olmayacağı ilə bağlı bu cür danışıb:
"Doğrudur, "Rostov"da onun rəhbərli altında debüt etmişdim. Amma Miodraq Bojoviç gənc oyunçulara az şans verirdi. Xatırladığımı deyirəm, indi necə olduğunu bilmirəm. Onunla işləmək normaldır. "Neftçi"də uğur qazanıb-qazanmayacağına gəlincə, hər şey necə komanda quracağından asılıdır. Hər halda, bir az keçsin, görəcəyik".
Hazırda "Rostov"un futbol akademiyasında çalışan Kurbanov "Rostov", "Taqanroq", "Sumqayıt", "Neftçi", "Kəpəz", "Sabah" klublarında oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi