Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutski Çində işləyəcək.
Sportal.az xəbər verir ki, o, “Şanxay Şenxua” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssisin işinə 2024-cü il yanvarın 1-dən başlayacaq. Müqavilənin detalları isə açıqlanmayıb. O, “Moskva”, “Krılya Sovetov”, ÇSKA, “Hall Siti”, “Vitesse”, “Rubin” komandalarında işləyib.
saytlarin hazirlanmasi