Xorvatiya mətbuatı “Dinamo”nun mövsümün ilk yarısında göstərdiyi nəticələr müzakirə edilib.
Sportal.az xəbər verir ki, “Index.hr” portalı Zaqreb klubunun azərbaycanlı futbolçusu Mahir Emreli barədə də yazıb:
"Bruno Petkoviç zədələnəndə hücumçular haqqında çox danışılırdı. “Dinamo” onsuz tamamilə zərərsiz görünürdü. Yosip Drmiç, Sandro Kulenoviç, Mahir Emreli Petkoviçi əvəz edə bilmədi. Drmiçin müqaviləsinin bitməsinə hələ altı ay qalıb, o, daim zədələrdən əziyyət çəkir. Drmiç də Emreli kimi Sergey Yakiroviçin planlarına daxil deyil. “Dinamo” bu futbolçularla yollarını ayırmaq istəyir".
Qeyd edək ki, Mahir Emrelinin Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi