Yunanıstan millisinin forvardı "Çelsi"yə keçir

14:18 - 27 Dekabr 2023

"Çelsi" Yunanıstan millisinin və "AZ Alkmaar"ın forvardı Vangelis Pavlidisi heyətinə qatmağı planlaşdırır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi yunan hücumçunu bu qış transfer etmək niyyətindədir. 

25 yaşlı futbolçunun Niderland klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 

O, bu mövsüm 27 oyunda 22 qol vurub və 3 məhsuldar ötürmə verib.

Pavlidis “Bohum”, “Villem II”də oynadıqdan sonra 2021-ci ildə “AZ Alkmaar”a keçib.

Xəbər xətti