"Media turniri-5" turniri başa çatdı: "Sportal" mükafatçılar sırasına düşdü

10:49 - 28 Dekabr 2023

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun xatirəsinə həsr edilmiş "Media turniri-5" başa çatıb.

Sportal.az xəbər verir ki, son oyun günündə həlledici qarşılaşmalardan sonra “Dinamo-Bakı”nı məğlub edən “CBC Sport” turnirin qalibi olub. Son nəticələrə əsasən, “Sportal” gümüş, “Xəzər” komandası isə turnirin bürünc medallarına sahib çıxıb. Oyunlardan sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, İctimai Futbol Təşkilatları İB-nın rəhbəri Elxan Tağızadə və “Neftçi” İdman Klubu İB-nin İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov iştirak edib. Qaliblərə nominasiyalar üzrə mükafatlar, kubok, diplom, medallar və təşkilat tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edilib. 

Qeyd edək ki, “Media turniri-5”in ən sərrast futbolçusu 18 qolla Məsim Məsimzadə ("Dinamo-Bakı") olub. Yarışın "ən yaxşı futbolçusu" Mirbağırağa Cəfəri ("Sportal"), ən yaxşı qapıçısı isə Yusif Hüseyn ("Xəzər") seçilib. Turnirdə müsabiqədənkənar iştirak edən “Əşrəfoğlunun dostları” komandasının üzvü Səlim Abbasov isə turnir ərzində ümumilikdə 39 qol vurmaqla bütün rəqiblərini qabaqlayıb. 

“Media turniri-5” / 7-ci tur

27 dekabr (Çərşənbə)

"Dinamo-Bakı" – "CBC Sport" 4:5
Qolar:
Babək Cahandarov (3), Fərəc Aslanov / Asəf Zeynalov (2), Rüstəm Əfsərli (2), Şəmsəddin Abbasov.

"Xəzər" – "Sportal" 3:5
Qollar
: Vüsal Yalçınoğlu (2), Nurlan İbrahimov / Sərxan İbrahinoğlu (5).

Xəbər xətti