"Zirə"nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi yanvarın 3-də bir araya gələcək.
Hazırlığını Bakıda keçəcək “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-da “Araz-Naxçıvan”, 15-də isə “Qarabağ”la qarşılaşacaq. “Zirə” daha sonra Premyer Liqanın 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.
saytlarin hazirlanmasi