Rusiya mətbuatı Andrey Lunyovun “Qarabağ”a keçidindən sonrakı göstərdiyi performansdan yazıb.
Sportal.az xəbər verir ki, “championat.com” rusiyalı kiperin Ağdam klubunda əsas oyunçulardan birinə çevrilməsini və avrokuboklardakı çıxışını qabardıb.
Bununla yanaşı, rusiyalı həmkarlarımız Lunyovun "Bayer"dən ayrıldıqdan sonra çətin dövrdən keçdiyini də xüsusi qeyd ediblər:
"Yayda Andrey Lunyovun başına gələnləri xatırlayırsınız? 31 yaşlı qolkiper müqaviləsi başa çatdıqdan sonra "Bayer"dən ayrılıb, Sankt-Peterburqa uçmuş və bir qədər istirahətdən sonra özünü "Zenit"in bazasında tapmışdı. Təbii ki, bu, yoxlanış və ya müqavilə imzalamaq üçün deyildi. Lunyov “Zenit-2”nin məşqçisi ilə tanış idi, o, ikitərəfli oyunlarda iştirak edirdi ki, formada qalsın. İyun, iyul, avqust - vaxt keçirdi, Lunevin gələcəyi ilə bağlı şayiələrdən başqa bir şey yox idi. Öncə, “Rubin”lə adı hallandı, daha sonra PAOK və ardınca “Konyaspor”. Amma heç kim danışıqların gedişi və ya müqavilənin imzalanması barədə rəsmi məlumat vermirdi. Hətta bir anda Andreyin sanki heç kimə lazım olmadığı kimi görünürdü. 31 yaşında idi. Almaniyanın böyük klubunda iki mövsümdən sonra, qəribə vəziyyət alınmışdı.
Lakin avqustun ortalarında qapıçının taleyi daha aydın oldu. “Qarabağ” onu heyətinə qatdı. Maraqlıdır ki, Azərbaycan klubu onu 2023-cü ilin qışında transfer etmək istəmişdi, hətta Almaniya klubuna rəsmi sorğu da göndərmişdi. Amma o zaman alınmamışdı. Almaniya karyerasının sonunda qolkiperin səhhətində problemlər yaranmışdı. Yaya qədər gözlədi və keçidi baş tutdu. Andrey son 10 ilin ən titullu Azərbaycan klubuna yollanmışdı. İlk matçlarda ehtiyat oyunçular skamyasında oturub şansı gözləyirdi. Sentyabrın 21-dən isə o, cəmi iki çempionat oyununa çıxmışdı. Ümumilikdə onun aktivində 15 matç, 14 buraxılan qol var. Yeddi dəfə isə qapısının toxunulmazlığını qoruyub. “Qarabağ”ın payızda əldə etdiyi əsas nailiyyət Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi oldu.
Klubun Azərbaycan çempionatına rəhbərlik edəcəyinə şübhələr az idi, çünki rəqabət aparacaq üçün klub çox deyil. Amma “Bayer”, “Molde” və “Hekken”lə qrupda ikinci yeri tutmaq və hətta Avropa Liqasında Avropa baharını davam etdirmək indiyə qədər heç vaxt olmayıb. Əvvəllər klub maksimum Konfrans Liqasının pley-off mərhələsinin ilk mərhələsinə çıxardı. “Qarabağ”ın rəqibi isə “Braqa”dır. Yəni turnirin 1/8 finalına düşmək şansı mütləq sıfıra bərabər deyil. Lunyov uzun müddət turnirin qrup mərhələsini mütləq xatırlayacaq. Axı UEFA statistik rəqəmlər açıqlayıb ki, ona görə Andrey seyvlərin sayına görə ilk üç qapıçı sırasındadır. Altı matçda o, 23 seyv və iki qapını təmiz keçirib. O, yalnız “Aris”dən Vanya Alvesə (30) və “Rakuv”dan Vladan Kovaçeviçə (27) uduzub. Aydındır ki, bu, bir çox cəhətdən Andreyin gücündən deyil, “Qarabağ”ın müdafiəsinin ümidsizliyindən danışır. Ancaq rusiyalının xidmətlərini qiymətləndirməmək olmaz. Bütün statistik göstəricilərə görə o, həqiqətən də ən yaxşılardan biri idi".
Rusiyanın tanınmış portalı 31 yaşlı qapıçının avrokuboklardakı seyvlərinin daha cəlbedici olduğunu yazıb: "Sofascore portalı rusiyalıya qrup mərhələsi üçün komandada ən yüksək xallardan birini verib - 7,32. Ən uğurlu matç isə Lunyovun iki qol buraxdığı “Molde” ilə oyun hesab edilir. O, səkkiz seyv edərək komandasının vacib heç-heçəsində köməkliyini göstərdi. Hazırda "Qarabağ"ın çempionatda bir aylıq yeni il fasiləsi var. Yanvarın sonunda yarış bərpa olunacaq, fevralın ortalarında isə komanda "Braqa" ilə oynayacaq. Rəqib Portuqaliyada dördüncü yerdədir və favorit olacaq, amma Andrey üçün belə görüşdə iştirak artıq nailiyyətdir. Axı bəziləri artıq yayda onunla vidalaşmışdılar. Xüsusilə “Bayer”də iki il ehtiyat oyunçular skamyasında oturmağından sonra, vəziyyət belə idi.
Lunyov avrokubok səviyyəsinə qayıtdı, xüsusən də əsas heyət oyunçusu kimi. İndi isə şübhəsiz ki, daha yüksək statuslu klubların marağını cəlb edəcək. Amma “Qarabağ” çətin ki, Lunyovu buraxmaq istəsin".
Mirbağırağa
saytlarin hazirlanmasi