Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Kuboku 1/8 final
18.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
18.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 43.7);
19.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
20.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Turan Tovuz” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
20.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Turan Tovuz” oyununun 10-cu dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
21.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Neftçi” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər “Qaradağ Lökbatan” klubu tərəfindən ödənilsin (maddə 54.2);
Premyer Liqa XVIII tur
23.12.2023-cü il tarixində Premyer Liqanın XVIII turunun “Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);
24.12.2023-cü il tarixində Premyer Liqanın XVIII turunun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);
saytlarin hazirlanmasi