"Mançester Siti"nin aparıcı futbolçusu zədələnib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Mançester təmsilçisinin müdafiəçisi Con Stounz sıradan çıxıb.
O, İngiltərə Premyer Liqasının 19-cu turunun "Everton"la matçında zədələnib və matça sona qədər davam edə bilməyib. İngilis futbolçu qarşılaşmanın 43-cü dəqiqəsində Yoşko Qvardiolla əvəzlənib.
Stounzun minimum 2 aya yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
saytlarin hazirlanmasi