“Bavariya” Rafael Varan üçün 20 milyon avro ödəməyə hazırdır.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Mançester Yunayted”lə danışıqlara start verib.
“Qırmızı şeytanlar” isə mövsümün ortasında fransalını itirmək istəmirlər. Lakin Varan özü oyun təcrübəsi qazanmaq üçün Almaniyaya yollanmağa hazırdır.
30 yaşlı futbolçu “Lans” və “Real”da oynadıqdan sonra 2021-ci ildə “Mançester Yunayted”ə keçib.
saytlarin hazirlanmasi