“Milan” PSJ və PSV müdafiəçiləri Nordi Mukiele və Cordan Teze ilə müqavilə imzalamaq variantlarını gözdən keçirir.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər”in rəhbərliyi qarşıdan gələn qış “transfer pəncərəsi”ndə müdafiənin sağ cinahında yer alan futbolçu almaqda maraqlıdır.
“Milan”ın skautları mümkün sövdələşmələri təsdiqləsə, klub rəhbərləri PSJ və PSV-yə rəsmi təklif göndərəcək. Bu mövsüm Mukiele qol vurmadığı bütün turnirlərdə PSJ-nin heyətində 9 matç keçirib. Teze isə PSV-də 25 oyuna çıxıb və 1 qol vurub, həmçinin 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi