"Vest Hem" və Almaniya millisinin üzvü Tilo Kerer İtaliyaya köçə bilər.
Sportal.az "Calciomercato.com"a istinadən xəbər verir ki, "Roma" müdafiəçi üçün hərəkətə keçib.
"Canavarlar" London klubunun nümayəndələri ilə futbolçu ilə müqavilə bağlamaq məsələsini fəal şəkildə müzakirə edir.
Almaniyalını istəyən yeganə komanda “Roma” deyil. Belə ki, "Atalanta" və "Milan" da Kehrer üçün təklif göndərib. Onun London klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Kehrer karyerası ərzində “Şalke”, PSJ-də oynayıb.