Tailand çempionatının 10-cu turunun təxirə salınmış oyunu baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə “Praçuap”la qarşılaşıb. Matç Şeydayevin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin üzvü bu dəfəki matçda da meydana çıxmayıb. Saytımıza verilən məlumata görə, azərbaycanlı forvard bu dəfə də zədə səbəbindən oyunun iştirak ərizəsinə daxil edilməyib. Amma onun zədəsinin ciddi olmadığı bildirilir.
"Buriram Yunayted" 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.