Millinin sabiq forvardı federasiyanın prezidenti postuna yeganə namizəd oldu

15:47 - 29 Dekabr 2023

Ukrayna millisinin sabiq hücumçusu və baş məşqçisi Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti postuna yeganə namizəddir.

Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Dekabrın 28-də UAF prezidentliyinə namizədlərin uyğunluğunu yoxlamaq üzrə işçi qrupun iclası keçirilib. Bu posta Şevçenkonun namizədliyini Ukrayna Futbol Assosiasiyasının bütün üzvləri irəli sürüb.

İşçi qrup Şevçenkonun namizədliyinin UAF nizamnaməsi ilə müəyyən edilmiş tələblərə və meyarlara cavab verdiyi qənaətinə gəlib. Namizəddən seçkilərdə iştirak üçün yazılı razılıq da alınıb.

Seçkilərin keçiriləcəyi UAF-ın növbədənkənar qurultayı 25 yanvar 2024-cü ildə baş tutacaq. 2023-cü ilin fevralında Andrey Pavelko təşkilatın rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Federasiyanın sabiq prezidenti vəsaiti mənimsəməkdə şübhəli bilinir.

Xəbər xətti