“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin agenti Srcan Yeremiç Rusiya mətbuatına açıqlama verib.
Sportal.az “РБ Спорт”a danışan Yeremiç tərəflərin müqavilə imzalasından əvvəl "Neftçi" ilə danışıqlar prosesinin təfərrüatlarından danışıb:
“Neftçi” ilə danışıqlar çox sürətlə alındı. Klub Miodraqa maraq göstərdi və iki gün ərzində razılıq əldə edildi. O, ilyarımlıq müqavilə imzalayıb”.
O, Rusiya klublarından Bojoviçə marağın olub-olmamasını da açıqlayıb: “Miodraq bu ölkəyə çox isti münasibət bəsləyir. Lakin onun üçün maraqlı olacaq konkret variantlar yox idi”.
Mirbağırağa
saytlarin hazirlanmasi