Asiya Çempionlar Liqasında 1/8 final mərhələsində cütlüklər bəlli olub.
Sportal.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr" də rəqibini tanıyıb.
Belə ki, onun komandası "Əl-Feyha" ilə üz-üzə gələcək. Bu mərhələnin ilk görüşləri fevralın 12-13-də, cavab qarşılaşmaları 19-20-də keçiriləcək.
Asiya Çempionlar Liqası
1/8 final mərhələsi
"Yonbuk"(Cənubi Koreya) - "Pohanq Stelers" (Cənubi Koreya)
"Ulsan"(Cənubi Koreya) - "Ventforet Kofu" (Yaponiya)
"Şandonq Tayşan"(Çin) - "Kavasaki Frontale" (Yaponiya)
"Banqkok Yunayted"(Tayland) - "Yokohama Marinos" (Yaponiya)
"Sepahan" (İran) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)
"Nasaf" (Özbəkistan) - "Əl-Əyn" (Birləşmiş Ərəb Əmirlikləri)
"Əl-Feyha" (Səudiyyə Ərəbistanı) - "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı)
Navbaxor (Özbəkistan) - Əl İttihad (Səudiyyə Ərəbistanı)