Almaniya mətbuatı “Dinamo Berlin”in azərbaycanlı hücumçusu Rüfət Dadaşovun uğurlu çıxışından yazıblar.
Sportal.az xəbər verir ki, “TAG24” portalı Şimal-Şərq Regional Futbol Liqasında mövsümünün birinci yarısının yekunları haqda yazarkən, Rüfət Dadaşovun performansı ilə bağlı bunları qeyd ediblər:
"Rüfət Dadaşov və Sufyan Benyamina klassik hücumçulardır. Onlar cari mövsümün ortalarında həm əvvəlkinin normasını ortaya qoydular, həm də köhnə dəmirin paslanmadığını sübut etdilər".
Onu da əlavə edək ki, Dadaşov mövsümün ilk yarısında 19 oyuna çıxıb və 13 qol vurub.
saytlarin hazirlanmasi