"Borussiya" türkiyəli məşqçiyə tapşırılacaq

12:18 - 29 Dekabr 2023

"Antalyaspor"un baş məşqçisi Nuri Şahin Almaniyada işləməyə yaxındır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, gələn mövsümdən türkiyəli mütəxəssis “Borussiya”ya rəhbərlik edəcək.

O, bu qış "Borussiya"nın məşqçilər korpusuna komandanın baş məşqçisi Edin Terziçin köməkçisi kimi qoşulacaq.

Terziç daha sonra klubun idman direktoru vəzifəsini icra edəcək, Şahin isə baş məşqçi postu tapşırılacaq.

35 yaşlı məşqçi "Borussiya"nın sabiq futbolçusudur. O, 2005-2011 və 2013-2018-ci illərdə bu komandada oynayıb.

Xəbər xətti