Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Samet Karakoç Superliqa klubuna keçir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda II Liqada "Isparta 32 Spor"un üzvü olan müdafiəçi "Antalyaspor"la danışıq aparır.
Superliqa klubunun məşqçilər korpusu yığmamızın sabiq üzvünün bu qış transfer edilməsini istəyib. Yaxın günlərdə keçidin baş tutacağı gözlənilir.
Samet U-21 yığmamızın heyətində 5 matçda meydana çıxıb. O, 2022-ci ildə "Bayrampaşaspor"u tərk edərək "Qəbələ"yə keçmişdi.
saytlarin hazirlanmasi