"Qarabağ" Xankəndində keçirilmiş ölkə kubokunun 1/8 final matçı üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
MOİK-lə matç üçün özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar artıq fan-şopda satışda olması ilə bağlı məlumat verilib. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol geyimi sahibini gözləyir. Forma ağ, göy və qara rəngdədir.
Qeyd edək ki, dekabrın 21-də keçirilmiş matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
saytlarin hazirlanmasi