“Real” Kilian Mbappeni heyətinə qatmaq istəyir.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” qarşıdakı həftə PSJ-nin hücumçusu Kilian Mbappeyə rəsmi təklif göndərəcək.

İspaniya nəhəngi futbolçuya yayda olduğu kimi eyni şərtləri təklif edəcək: vergilərdən sonra illik 26 milyon avro maaş, üstəlik 130 milyon avro imza bonusu. 

Mbappe bu dəfə Madrid təmsilçisinin təklifini rədd edərsə, klub onunla müqavilə imzalamaq fikrindən həmişəlik imtina edəcək.