Sabiq futbolçusu "Barselona"ya qayıdır

10:44 - 30 Dekabr 2023

“Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantara "Barselona"ya qayıdır.

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun ingilislərlə mövsümün sonuna qədər müqaviləsi olsa da, yenilənməyəcək.

Futbolçu bu mövsüm səhhətində yaranan problemlərə görə hələ meydana çıxmayıb. Mersisaydlılar ispaniyalıya mövsümün sonuna qədər maaş verməmək üçün onu qış "transfer pəncərəsin"də pulsuz buraxmağı planlaşdırır. 

Tyaqo “Barselona”nın yetirməsidir. O, Kataloniya klubundan savayı “Bavariya”da da oynayıb.

Xəbər xətti