"Qarabağ"ın A və B planı

18:43 - 15 Yanvar 2024

"Qarabağ"ın Ukraynanın "Şaxtyor" klubunun sağ cinah vingeri Aleksey Kaşuku transfer etmək istəməsi barədə məlumat vermişdik.

Ağdam təmsilçisi hücumameyilli yarımmüdafiəçisi Leandro Andradenin mümkün gedişini düşünərək, ukraynalını sıralarına qatmaq niyyətindədir.

Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, "köhlən atlar" 23 yaşlı futbolçu üçün Donetsk təmsilçisi ilə danışıqları sürətləndirib.

Danışıqlar müsbət nəticələnməsə, "Qarabağ"ın B planı da var. Belə ki, ağdamlılar onun əvəzinə hazırda "Krasnodar"da çıxış edən sabiq futbolçusu Kadi Borgesi icarəyə götürmək variantını da nəzərdən keçirir.

Qeyd edək ki, Aleksey Kaşuk 2022/23 mövsümündə "Sabah"ın uğurları üçün çalışıb.

Xəbər xətti