"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade daha bir təklif alıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Çindən sonra ona Rusiyadan dəvət gəlib.

Premyerliqada mübarizə aparan "Rubin" kabo-verdeli legionerə iddiasını ortaya qoyub. Kazan təmsilçisi bu istəyini "köhlən atlılar"la tanış edib.

Hazırda turnir cədvəlində 7-ci yerdə gedən klub 24 yaşlı afrikalıya görə "Qarabağ"a təzminat ödəməyə hazır olduğunu bildirib.

Ağdamlılarla sözləşməsi gələn ilin yayınadək qüvvədə olan Andradeyə daha əvvəl "Şanxay Şeyxua"nın da elçi düşməsini xatırladaq.