"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda

13:48 - 19 Yanvar 2024

"Qarabağ"dan ayrılan Qaspar Panaderonun yeni komandası məlum olub.

Sportal.az xəbər verir ki, ispan vinger karyerasını ölkəsində davam etdirəcək.

26 yaşlı futbolçu "Linares"ə keçib. Bu barədə III Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qaspar panadero "Qarabağ"ın heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti