"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı, komandası lider oldu

11:40 - 23 Yanvar 2024

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi patrik Andradenin formasını geyindiyi Kabo-Verde millisi Misir seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Patrik Andrade də bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu matça start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.

Xallarını 7-yə yüksəldən Kabo-Verde yığması qrup lider tamamlayıb.

Xəbər xətti