"Qarabağ" rəsmisi: "Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar"

16:50 - 24 Yanvar 2024

"Qarabağ"ın futbolçusu Leandro Andradenin meneceri Uqo Kajuda oyunçu ilə Rusiyanın "Rubin" və "Krasnodar" klublarının maraqlandığını bildirib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş direktoru Asif Əsgərov məsələ ilə bağlı "Sport-Express"ə açıqlama verib. Klub rəsmisi kabo-verdeli yarımmüdafiəçi üçün heç bir rəsmi təklif almadıqlarını bildirib:

"Heç kim bizə Leandronu transfer etməklə bağlı müraciət etməyib. Başqa klubların bizim komandadan hansısa futbolçunu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar, çünki onun “Qarabağ”la müqaviləsi var"

Qeyd edək ki, Leandro Andrade bu mövsüm "Qarabağ"ın heyətində 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 1,2 milyon avro qiymətləndirir.

Xəbər xətti