"Qarabağ" heyətini ispaniyalı ilə gücləndirə bilər

11:22 - 25 Yanvar 2024

Misli Premyer Liqasının lideri "Qarabağ" heyətini gücləndirməyi planlaşdırır.

Sportal.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kurro Sançezlə maraqlanır. İspaniyalı hazırda La Liqa 2-də çıxış edən "Burqos"da top qovur. 

Sağ cinah vingeri bu mövsüm 25 görüşdə 9 qol vurub, 4 məhsuldar ötürmə edib. 

Kurro Sançezin komandası ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. 

Xəbər xətti