"Qarabağ"da yeni baş məşqçi

09:33 - 26 Yanvar 2024

“Qarabağ”da yeni təyinat gerçəkləşib.

Sportal.az xəbər verir ki, Vüqar Əsgərli klubun futbol akademiyasında çalışacaq.

O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin son klubu 2022-23-cü illərdə çalışdırdığı “Şamaxı” olub.

Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.

Xəbər xətti