"Qarabağ"ın müdafiəçisi "Qalatasaray"a keçə bilər

16:34 - 6 Fevral 2024

"Qarabağ"ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə "Haber Global" məlumat yayıb.

İstanbul nəhənginin Azərbaycan milli komandasının üzvü üçün hərəkətə keçdiyi bildirilir.

Qeyd edək ki, Toral Bayramov bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti