"Qarabağ"ın legioneri komandaya qoşuldu - FOTO

19:39 - 6 Fevral 2024

"Qarabağ"ın futbolçusu Patrik Andrade komandanın düşərgəsinə qoşulub.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov instaqram hesabında paylaşım edib.

Andradenin formasını geyndiyi Kabo-Verde milli komandası Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində mübarizəni dayandırıb. Buna görə də 30 yaşlı futbolçu artıq "Qarabağ"a qoşulub.

Qeyd edək ki, Patrik Andrade bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


Xəbər xətti