"Qarabağ" Rusiya klubunu məğlub etdi

16:51 - 8 Fevral 2024

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.

İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn təmsilçimiz ardıcıl ikinci qələbəsini qazanıb. “Qarabağ” rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Qarabağ" qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.

Xəbər xətti